Rusiya sərhədçisi Ermənistanda yol qəzasında həlak oldu

Qərbi Azərbaycan

25.03.2025 14:15

2576

Ermənistanın cənubunda baş verən yol qəzasında Rusiya sərhədçisi həlak olub, daha biri xəstəxanaya yerləşdirilib.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Hadisə səhər Mehri-Nrnadzor yolunda "UAZ" markalı avtomobilin dərəyə düşməsi nəticəsində baş verib.

Yaralının vəziyyəti ağır qiymətləndirilib.

tag: Ermənistan,Rusiya,Qəza,Sərhədçi,Ölüm,Todaypress.az,