Rusiya Ermənistana qaz təchizatını dayandırdı

Qərbi Azərbaycan

18.03.2025 13:55

1023

Rusiya Gürcüstan ərazisində təmir işləri ilə əlaqədar Ermənistana təbii qaz təchizatını dayandırıb.

TodayPress xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb.

"18 mart saat 09:00-dan 18:00-dək Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəza-bərpa işləri aparılacaq, bununla əlaqədar olaraq Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq" şirkətdən bildirilib.

Qeyd olunub ki, göstərilən müddətdə ölkədə istehlakçıların qazla təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına həyata keçiriləcək.

Türkan İsgəndərli

tag: Rusiya,Ermənistan,qaz,İran,todaypress.az,