Qriqoryan Paşinyanın Moskvada təhlükəsizliyini qiymətləndirdi

Qərbi Azərbaycan

08.05.2025 13:48

20

"Milli Təhlükəsizlik Xidməti və digər strukturlar istənilən vəziyyətdə təhlükəsizlik məsələsini qiymətləndirirlər. Əgər təhlükə varsa, təbii ki, bu barədə məlumat verirlər". 

TodayPress “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvaya səfəri zamanı Baş nazir Nikol Paşinyana qarşı mümkün təhlükələrin qiymətləndirilməsi məsələsini şərh edərkən bildirib. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün mayın 9-da Moskvaya səfərini təsdiqləyib.

Parlamentin spikeri Alen Simonyan isə bəyan edib ki, Ermənistan tərəfi Baş nazirin Moskvada Qələbə Paradına səfər edəcəyi təqdirdə onun təhlükəsizliyinin təmin edilməsində heç bir problem görmür.

tag: Armen Qriqoryan,Paşinyan,Moskva,Parad,Todaypress.az,