Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Gənclər Şurası arasında görüş keçirildi
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Gənclər Şurası arasında görüş keçirildi Şurası ilə Gənclər Şurası arasında görüş keçirilib.
TodayPress xəbər verir ki, tədbiri giriş sözü ilə açan İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə ötürülməsində gənclərin rolundan danışıb.
O, vurğulayıb ki, ötən əsrlərdə soydaşlarımızın başlarına gətirilən müsibətlər unudulmamalı, tarixdən çıxarılmalı olan dərs kimi nəsildən nəslə ötürülməli, bununla yanaşı ata-baba yurdlarımıza sülh yolu ilə qayıdış prosesində də gənclər öz töhfələrini verməlidir.
Ağsaqqallar Şurasının üzvü, Amasiya icmasının sədri Abel Məhərrəmov gənclərin ölkə həyatında oynadığı önəmli rolu, torpaqlarımızın işğaldan azad olunmasında göstərdikləri şücaət və qəhrəmanlıqları örnək kimi qiymətləndirib.
İcmanın İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə isə Qərbi Azərbaycan həqiqətlərinin gənclər arasında təbliğindən, bunun əhəmiyyətindən söz açıb.
İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, öz növbəsində, indiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüquqlarının bərpası və Qərbi Azərbaycan həqiqətlərinin təbliğində, eləcə də Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qayıdış ideyalarının gələcək hədəflərimiz kimi öyrənilməsində gənclərin rolundan danışıb.
Sonra İcmanın digər üzvləri, ölkəmizin ictimai-siyasi və mədəni mühitində tanınmış ziyalılar gənclərin suallarını cavablandırıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
tag: Qərbi Azərbaycan İcması,Ağsaqqallar Şurası,Əziz Ələkbərli ,Abel Məhərrəmov,Todaypress.az,