Polislə etirazçılar arasında qarşıdurma - Saxlanılanlar var

Qərbi Azərbaycan

31.05.2024 16:28

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb. TodayPress-in məlumatına görə, polis bir neçə etirazçını saxlayıb.

“Vətən uğrunda Tavuş” hərəkatının üzvləri bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyanla görüş tələb ediblər. XİN-dən bildiriblər ki, hazırda onları qəbul edə bilmirlər.

İrəvanın mərkəzində isə arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə yürüş keçirilir. İştirakçılar baş nazir Nikol Paşinyanın istefaya göndərilməsini, həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə son qoyulmasını tələb edirlər.

tag: Qərbi Azərbaycan, Siyasi,Baqrat Qalstanyan, Nikol Paşinyan, todaypress.az,