Paşinyanın koronavirus testi yenidən müsbət çıxdı
Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirus testinin yenidən müsbət çıxdığını bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə, “Telegram” kanalında yazıb.
“Koronavirus testim yenidən müsbət çıxdı. Sağalana qədər məhdudiyyətlərlə işləməyə davam edəcəyəm”.
Qeyd edək ki, Paşinyan xəstəliyinə görə bu gün MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində də iştirak etməyib.
tag: Paşinyan, Koronavirus, Müsbət, Ermənistan, todaypress.az,