Paşinyandan yeni təyinatlar
Qərbi Azərbaycan
28.11.2024 13:46
Ermənistan hökumətinin noyabrın 28-də keçirilən iclasında iki əsas vəzifəyə təyinatlar təsdiqlənib.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, İstintaq Komitəsinin sədri daha əvvəl baş prokurorun müavini vəzifəsini tutan Artur Poqosyan olub.
Bundan əvvəl o, Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsinə də rəhbərlik edib.
2022-ci ilin dekabrından maliyyə nazirinin müavini vəzifəsində çalışan Eduard Akopyan isə Dövlət Gəlirləri Komitəsinin sədri vəzifəsinə təsdiq edilib. Akopyan 2013-cü ildən Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Günəş Mərd
tag: Ermənistan, Paşinyan, İstintaq,Milli Təhlükəsizlik Xidməti,todaypress.az,