Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsi bizim üçün anlaşılmaz və qəbuledilməzdir
“Zəngəzur dəhlizi” ifadəsi bizim üçün anlaşılmaz və
qəbuledilməzdir.
TodayPress
xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan türkiyəli
jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə
görə, Ermənistanda bu ifadə suverenlik və ərazi bütövlüyünə təhklükə kimi
qarşılanır: "Onu da qeyd etmək istərdim ki, regional kommunikasiya
xətlərinin açılmasını ən çox müdafiə edən bizik, çünki əslində blokadada olan
bizik. Regionda heç bir başqa ölkə blokadada deyil. Bizim dörd sərhədimiz var
və onlardan ikisi tamamilə bağlıdır. Təkcə bu fakt aydın şəkildə göstərir ki,
biz regional nəqliyyat marşrutlarının açılmasında əslində nə qədər maraqlıyıq”
deyə Paşinyan vurğulayıb.
O qeyd edib ki,
Ermənistan Respublikası öz ərazisi vasitəsilə Azərbaycanın qərb rayonları ilə
Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin etməyə hazırdır.
tag: Ermənistan, Paşinyan, Azərbaycan, Zəngəzur, Sülh, todaypress.az,