Paşinyan: “Sülh müqaviləsinin 80%-i razılaşdırılıb”

Qərbi Azərbaycan

16.09.2024 16:25

1065

“Ermənistan və Azərbaycan sülh müqaviləsinin təxminən 80 faizini razılaşdıra biliblər”.

TodayPress xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstan səfərində bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda münaqişənin səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var.

“Mən əminəm ki, sülhdən faydalananlar təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan, Türkiyə və İran bundan bərabər faydalanacaqlar” Nikol Paşinyan bildirib.

Günəş Mərd

tag: Azərbaycan, Ermənistan, Sülh ,Nikol Paşinyan ,Türkiyə ,Gürcüstan ,todaypress.az,