Paşinyan: “Sülh müqaviləsi ilə bağlı mühüm məsələlər razılaşdırılıb”
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistanla sərhəd boyunca üçüncü tərəfin yerləşdirilməsi məsələsində öz təklifini təqdim etdiyini bəyan edib.
TodayPress Ermənistan KİV-ə istinadla xəbər verir ki, Paşinyan bu barədə Atlantik Şurası Avrasiya Mərkəzinin Baş Direktoru, səfir Con Herbstə verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, Azərbaycan sərhəd boyunca xarici qüvvələrin yerləşdirilməsinin qadağan edilməsini xüsusilə Avropa mülki müşahidə missiyasını nəzərdə tutaraq təklif edib.
Ermənistan isə bu təklifi qəbul edib və sərhədin demarkasiya olunmuş hissələrində üçüncü tərəfin olmaması barədə öz təklifini təqdim edib.
Paşinyanın sözlərinə görə, bunlar sülhün təmin olunması üçün əhəmiyyətli addımlardır.
Qiymət Mahir
tag: Ermənistan,Baş nazir,Avropa,Paşinyan,Todaypress.az,