Paşinyan: "Seçicilərin iradəsinə təsir göstərənlər araşdırılacaq"

Qərbi Azərbaycan

31.03.2025 11:24

891

"Seçicilərin iradəsinə qanunsuz təsir göstərilməsi ilə bağlı məlumatlar ətraflı araşdırılmalıdır".   

TodayPress xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb. 

O əlavə edib ki, vətəndaşlar sərbəst seçim hüququna malikdirlər və bu hüquq hakimiyyət üçün qanundur.   

"Seçicilərin iradəsinə qanunsuz təsir göstərilməsi ilə bağlı bütün məlumatlar ətraflı araşdırılmalıdır. Bu cür halların gələcəkdə təkrarlanmasının qarşısını almaq əsas prioritet olmalıdır" deyə Baş nazir vurğulayıb.

Paşinyan yerli hakimiyyət seçkilərində qələbə qazanan bütün siyasi qüvvələri və namizədləri də təbrik edib. Xatırladaq ki, martın 30-da Gümrü və Parakarda Ağsaqqallar Şurasına növbədənkənar seçkilər keçirilib.

Gümrüdə keçirilən seçkilərdə altı partiya və üç blok iştirak edib. Ermənistanın Mərkəzi Seçki Komissiyası artıq ilkin nəticələri açıqlayıb. 

Töhfə Səməd

tag: Nikol Paşinyan,Ermənistan,Baş Nazir,Gümrü,Todaypress.az,