Paşinyan Pezeşkiana Azərbaycanla danışıqların başa çatması barədə məlumat verdi
Ermənistanın Baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla telefon danışığı keçirib və Azərbaycanla sülh sazişinin bağlanması ilə bağlı danışıqların başa çatmasından danışıb.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həmsöhbətlər regional və ikitərəfli gündəlikdəki məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Töhfə Səməd
tag: Ermənistan,Nikol Paşinyan,İran ,Məsud Pezeşkia,Azərbaycan,todaypress.az,