Paşinyan öz sərhədçilərin Ermənistan sərhədlərində iştirakını artırmaq niyyətindədir

Qərbi Azərbaycan

26.04.2025 12:55

6

"Ermənistanın məqsədi beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca sərhədçilərin mövcudluğunu getdikcə artırmaqdan ibarətdir."

TodayPress xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Sərhəd mühafizəsi həm də müəyyən mənada sülh, sabitlik və təhlükəsizlik rəmzidir. Bizim siyasətimiz Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca sərhədçilərin mövcudluğunu getdikcə artırmaqdan ibarətdir. Bu, davamlı və institusional sülh, sabitlik yolunda çox mühüm aralıq addımdır” deyə baş nazir bildirib.

Qeyd edək ki, Ermənistan dörd dövlətlə quru sərhədlərinə (Azərbaycan, Türkiyə, İran, Gürcüstan) malikdir. Erməni sərhədçiləri Ermənistan-Gürcüstan və şərti Ermənistan-Azərbaycan sərhədini qoruyurlar.

Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədini isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən xüsusi idarəsinin dörd sərhəd dəstəsi qoruyur.

tag: Paşinyan,Ermənistan,Sərhəd,Artım,Todaypress.az,