Paşinyan Münhenə getdi

Qərbi Azərbaycan

14.02.2025 00:44

1307

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 13-16-da Almaniyanın Münhen şəhərində işgüzar səfərdə olacaq.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək.

Konfrans çərçivəsində Nikol Paşinyanın xarici həmkarları ilə bir sıra görüşlər keçirəcəyi bildirilir.

 

tag: Ermənistan, Münhen,Paşinyan,XİN, Konfrans, todaypress.az,