Paşinyan Minsk qrupunun buraxılmasını mümkün hesab edir
“ATƏT-in Minsk qrupunun buraxılması məsələsini müzakirə etmək mümkündür”.
TodayPress xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında çıxış edərkən deyib.
O, ATƏT-in Minsk qrupunun buraxılması məsələsi ilə bağlı qərar qəbul etməkdə tələsmədiklərini qeyd edib.
“Qeyd edək ki, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat verib. Bəyanatda danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırılıb. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulanıb.
Qiymət Mahir
tag: Paşinyan,Mİnsk,Ermənistan,Sülh,todaypress.az,