Paşinyan: İrəvan sülh sazişindən sonra Bakıya qarşı iddiaları geri götürməyə hazırdır
Qərbi Azərbaycan
19.12.2024 21:21
Ermənistan
sülh sazişi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı
iddialarını geri çağırmağa hazırdır.
TodayPress xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan “Armenpress”ə müsahibəsində deyib.
“Sülh
müqaviləsi imzalanarkən bir-birinə qarşı qaldırılan iddiaların geri
götürülməsinə gəlincə, burada iki nüans var. Onlardan biri odur ki, hazırda
beynəlxalq səviyyədə müzakirə olunan fərdi humanitar məsələlərin ikitərəfli
həlli üçün başa düşülən perspektiv olmalıdır. İkincisi beynəlxalq
platformalarda digər məsələlərlə bağlı mübahisələri geri götürdükdən sonra
tərəflər ikitərəfli münasibətlərin gündəliyində eyni məsələləri ortaya
qoymayacaqlar. Biz fərdi humanitar məsələlər baxımından da həll yolları axtarırıq”
Paşinyan bildirib.
Aynur
TAC
tag: Nikol Paşinyan, Ermənistan,Azərbaycan, Sülh Sazişi, Baş Nazir, todaypress.az,