Paşinyan Estoniyaya səfər edəcək
Ermənistan baş naziri Nikol Paşinyan aprelin 27-28-də Estoniyaya rəsmi səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Səfər çərçivəsində Paşinyan Estoniyanın Baş naziri Kristen Mixal, ölkə Prezidenti Alar Karis, Riyqikoqu parlamentinin spikeri Lauri Hussar və xarici işlər naziri Marqus Tsaxkna ilə görüşəcək.
tag: Paşinyan,Estoniya,Səfər,Görüş,Todaypress.az,