Paşinyan Ermənistanın KTMT-dən çıxdığını elan edəcək
Qərbi Azərbaycan
15.01.2025 12:30
Bir az əvvəl “Ermənistan-ABŞ strateji əməkdaşlığı” adlı sənədlə tanış oldum. Qaydalara əsasən, yaxın vaxtlarda Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxdığını elan edəcək".
TodayPress xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan deyib.
"Öz növbəsində, Rusiya Federasiyası mahiyyətcə bəyan etdi ki, Ermənistan Avropa İttifaqına üzvlük məsələsini gündəmdə saxlamaqla, paralel Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qala bilməz.
Görünən odur ki, Nikol Paşinyanın xarici siyasəti vətənimizə növbəti fəlakət gətirəcək. İstənilən dövlət qərarının əsasını vətənin mənafeyi təşkil etməlidir”
Töhfə Səməd
tag: Ermənistan ,Paşinyan, Paralel, Avrasiya, todaypress.az,