Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək
Qərbi Azərbaycan
25.01.2025 22:44
Ermənistan hökuməti növbədənkənar parlament
seçkiləri keçirmək niyyətində deyil.
TodayPress xəbər verir ki, bunu ölkənin baş naziri
Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
"Növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü
ilə bağlı həmişə müzakirələr olub. Bununla belə, biz növbədənkənar parlament
seçkiləri keçirməyi planlaşdırmırıq" baş nazir bildirib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri
2026-cı ilə planlaşdırılıb.
tag: Paşinyan, Ermənistan, Parlament, Seçki, todaypress.az,