Paşinyan: Ermənistan və Rusiya dostluğu haqqında danışmaq hələ tezdir
Ermənistan parlamentinin spikeri Alen Simonyan
bəyan edib ki, ölkəsi KTMT ilə münasibətlərinə yenidən baxmağı planlaşdırmır,
həmçinin Moskvanı Azərbaycanla kommunikasiyaların qarşılıqlı şəkildə açılmasına
cəlb etmək niyyətində deyil. Eyni zamanda o qeyd edib ki, Ermənistan Rusiya ilə
münasibətlərdə gərginlik istəmir.
TodayPress-in məlumatına görə, “NEWS.ru” nəşri
İrəvanın ziddiyyətli bəyanatları və Paşinyanın, həqiqətən, Rusiya ilə
yaxınlaşmağa hazır olub-olmaması ilə bağlı ətraflı təhlil və ekspert rəylərini
təqdim edir.
Martın 20-də Ermənistanın “Hraparak” qəzeti yazıb ki,
Paşinyan bütün qurumlara Rusiya ilə yaxınlaşmağa hazırlaşmağı tapşırıb. Nəşrin məlumatına
görə, siyasətçi bu tapşırığı son geosiyasi dəyişikliklər fonunda verib.
Bildirilir ki, Paşinyan rəsmiləri Moskva ilə bağlı tədbirlərdə daha fəal
iştirak etməyə çağırıb. Həmçinin Baş nazirin özü də mayın 9-da Moskvada
keçiriləcək Qələbə paradında iştirak etmək niyyətindədir.
Bundan əvvəl Ermənistan hakimiyyəti KTMT və digər
beynəlxalq təşkilatlardan uzaqlaşmağa çalışırdı. 2024-cü ilin dekabrında
Paşinyan vurğulayıb ki, Ermənistan təşkilat daxilində sənədlərin
hazırlanmasında, eləcə də onların müzakirəsində iştirak etmir.
2024-cü ilin oktyabrında Varşavada təhlükəsizlik
məsələləri üzrə beynəlxalq forum zamanı Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyan qeyd edib ki, hakimiyyət KTMT-dən çıxmaqla bağlı bütün riskləri
hesablayır.
tag: İrəvan, Ermnistan, Paşinyan, KTMT, todaypress.az,