Paşinyan: Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhəddə yerləşdirməməyə razıdır
Qərbi Azərbaycan
19.12.2024 21:37
"İrəvan delimitasiya edildikdən sonra Azərbaycanla sərhəddə üçüncü ölkələrin qüvvələrini yerləşdirməməyə razıdır"
TodayPress xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan
bildirib.
“Biz üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş sektorlarına yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik, bu, məntiqlidir, çünki delimitasiya prosesi həmin ərazilərdə gərginlik riskini ən aşağı səviyyəyə endirir” Baş nazir bildirib.
Aynur TAC
tag: Ermənistan, Azərbaycan, Nikol, Paşinyan, Sülh, Deliminitasiya, todaypress.az,