Paşinyan Ermənistan Müdafiə Nazirliyinə təlimat verdi

Qərbi Azərbaycan

19.03.2025 19:29

2528

“Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır, atəşkəs rejimini pozmayın”.

TodayPress xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır: atəşkəs rejimini pozmayın. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir" o qeyd edib.

tag: Ermənistan,Paşinyan,Atəşkəs,Təlimat,todaypress.az,