Paşinyan Ermənistan konstitusiyasına redaktə təklif edir
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasının preambulasında yer alan müstəqillik bəyannaməsinə istinadın əvəzlənməsi ilə bağlı təklifi keçiriləcək referenduma çıxarmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” məlumat yayıb.
Bildirilib ki, dəyişiklik nəticəsində onun müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq.
Nəşr qeyd edir ki, Paşinyanın ideyası onun partiyası daxilində dəstəklənməyib.
Lakin buna baxmayaraq, o, tərəfdarlarının dəstəyi olmadan da bu təşəbbüsü həyata keçirmək niyyətindədir.
Töhfə Səməd
tag: Ermənistan, Paşinyan, Baş Nazir,Konstitusiya,Todaypress.az,