Paşinyan: Ermənistan Azərbaycana dəmir yolu ilə qarşılıqlı yükdaşımalara başlamağı təklif edir
Qərbi Azərbaycan
31.01.2025 14:55
"Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil".
TodayPress xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
“Biz maneəsiz keçidə qarşı deyilik, amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil” Baş nazir qeyd edib.
Onun sözlərinə görə, müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır.
“Biz bu qərarlara hazırıq” Paşinyan əlavə edib.
O xatırladıb ki, İrəvan Azərbaycana öz təkliflərini göndərib və cavab gözləyir.
tag: Azərbaycan,Ermənistan,Paşinyan,Konfrans,Naxçıvan,Todaypress.az,