Paşinyan: “Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər”

Qərbi Azərbaycan

02.10.2024 17:25

Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər.

TodayPress Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan deyib.

Parlamentdə hökumət saatı zamanı Baş nazir sazişin bir neçə əsas komponentini, o cümlədən diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələlərini qeyd edib.

O, bildirib ki, indiki mərhələdə sənədin açıqlanması diplomatik baxımdan düzgün olmaz.

tag: Sülh, Ermənistan, Paşinyan, Baş Nazir ,Azərbaycan ,todaypress.az,