Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır

Qərbi Azərbaycan

31.01.2025 15:32

Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır.

TodayPress yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib. 

"ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Ancaq biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də Minsk qrupunun buraxılması eyni məna daşıyır" o qeyd edib.

tag: Ermənistan,Azərbaycan,Minsk,ATƏT,Todaypress.az,