Paşinyan COP29-a qədər sülh imzalamağı təklif etdi
Qərbi Azərbaycan
26.09.2024 09:32
“Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edir”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bunda məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır.
Günəş Mərd
tag: Azərbaycan, Ermənistan, Bakı, COP29, Sülh, Paşinyan, todaypress.az,