Paşinyan: "Biz sovet dövrünün sərhədlərini bərpa edirik"

Qərbi Azərbaycan

17.06.2024 19:00

Əgər hansısa ərazilərin mübadiləsi ilə bağlı təklif olarsa, o zaman referendum keçirilə bilər.

TodayPress Ermənistan mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sünikdə Sinuayr kəndinin sakinləri ilə görüşdə deyib. O, Azərbaycanla sərhədin delimitasiyası prosesində referendumun keçirilə biləcəyini istisna etməyib.

Baş nazir həmçinin,“Biz anlamalıyıq ki, Azərbaycanla yeni sərhəd yaratmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik” deyə vurğulayıb.

 GÜNEL

tag: Nikol Paşinyan, Ermənsitan prezidenti, Azərbaycan, Referendum, todaypress.az,