Paşinyan Azərbaycanla sülh müqaviləsinin iki bəndinin hələ də razılaşdırılmadığını açıqladı

Qərbi Azərbaycan

26.02.2025 21:47

2356

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb.

 

TodayPress Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

 

“Bir sıra nüanslar var. Tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib. Bakı hələ ki, İrəvanın kommunikasiyaların açılması təklifinə rəsmi cavab verməyib” hökümət başçısı vurğulayıb.

 

tag: Azərbaycan, Ermənistan, Sülh, Saziş, Paşinyan,todaypress.az,