Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı Kobaxidzeni məlumatlandırıb

Qərbi Azərbaycan

30.01.2025 17:56

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın hökumət başçısı İrakli Kobaxidzeni Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ətrafındakı son hadisələr barədə məlumatlandırıb. 

TodayPress xəbər verir ki, bunu Nikol Paşinyan bu barədə İrakli Kobaxidze ilə birgə mətbuat konfransında deyib. 

Paşinyanın sözlərinə görə, o, sözügedən prosesin növbəti mərhələsinin Ermənistan-Azərbaycan-Gürcüstan dövlətlərarası sərhədlərinin kəsişmə məntəqəsinin yaxınlığından başlanılması barədə razılıq əldə olunduğunu Kobaxidzenin diqqətinə çatdırıb. 



tag: Gürcüstan,Azərbaycan,Nikol Paşinyan,Kobaxidze,Todaypress.az,