Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pislədi

Qərbi Azərbaycan

24.04.2025 10:00

6

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə həsr olunmuş məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib. 

TodayPress xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib. 

Onun sözlərinə görə, Paşinyan bunu təxribat adlandırıb. 

"Baş nazir Paşinyan belə praktikanı pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribat və qızışdırıcı praktikadır" deyə Bağdasaryan qeyd edib.

tag: Ermənistan,Paşinyan,Bayraq,Pisləmə,Todaypress.az,