Paşinyan Aİİ sammitində iştirak etməyi planlaşdırır
Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı sammitində iştirak etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “TASS”a sammitdəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Paşinyan Leninqrad vilayətində keçiriləcək Aİİ sammitində videobağlantı vasitəsilə iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, Paşinyan koronavirusa yoluxduğundan dekabrın 25-də keçirilən MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak edə bilməyib.
tag: Paşinyan, Ermənistan, Sammit, İştirak, todaypress.az,