Paşinyan: Aİ üzvlüyü haqqında qanun Rusiya ilə münasibətlərdə riskləri artırmayacaq
Ermənistanın Avropa
İttifaqına üzvlük prosesi ilə bağlı qanun Avrasiya İqtisadi İttifaqı və Rusiya
ilə münasibətlərdə riskləri artırmayacaq.
TodayPress “Sputnik-Armenia”ya
istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan deyib.
O eyni zamanda qəbul edilən qanunu balanslaşdırılmış siyasətin sübutu adlandırıb:
“Biz çoxsaylı risklərin olduğunu
bilirik. Lakin bu qərar həmin riskləri daha təhlükəli yox, daha idarəolunan
edir”.
tag: Ermənistan, Avropa İttifaqı, Avrasiya, Rusiya, Paşinyan, todaypress.az,