Paşinyan ABŞ dövlət katibi ilə sülh sazişini müzakirə etdi

Qərbi Azərbaycan

26.03.2025 17:33

2251

“ABŞ Ermənistanla strateji tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bir daha təsdiqləyib”.

TodayPress xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 25-də ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığının nəticələrini şərh edərkən parlamentdəki hökumət saatında bildirib.

Paşinyan qeyd edib ki, telefon danışığının əsas mövzularından biri regiondakı vəziyyət və sülh prosesinin gedişi olub: 

“ABŞ dövlət katibi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin əldə olunmasının və danışıqların uğurla tamamlanmasının əhəmiyyətini xüsusi vurğulayıb”.

Baş nazir həmçinin qeyd edib ki, hər iki tərəf bölgədə hər hansı eskalasiyanın yolverilməz olduğu mövzusunda həmfikirdir:

“Ermənistanla ABŞ arasında yüksək səviyyəli təmasların davam etdirilməsi barədə razılıq əldə etdik”.

Xatırladaq ki, Ermənistan və ABŞ arasında 2025-ci ilin yanvar ayında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. 

Qiymət Mahir

tag: Azərbaycan,Ermənistan,Paşinyan,ABŞ,Rubio,todaypress.az,