Nikol Paşinyan İlham Əliyevə müraciət etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə razılaşdırılmış sülh sazişinin imzalanması üçün məsləhətləşmələrə başlamağı təklif edib.
TodayPress xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
“Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin imzalanması üçün məsləhətləşmələrə başlamağı təklif edirəm” deyə o bildirib.
Qeyd edək ki, martın 13-də Ermənistan Xarici İşlər Nazirliyi İrəvan və Bakının sülh sazişinin mətnini razılaşdırdığını və danışıqların yekunlaşdığını açıqlayıb.
tag: Ermənistan,Baş nazir,Nikol Paşinyan,Azərbaycan ,İlham Əliyev,todaypress.az,