Mirzoyan: "Sülh sazişi imzalandıqdan sonra ATƏT-ə ehtiyac qalmayacaq"

Qərbi Azərbaycan

14.03.2025 11:39

1649

Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra vasitəçilik formatına, xüsusilə ATƏT-ə ehtiyac qalmayacaq. 

TodayPress Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı sualı şərh edərkən bildirib. 

"Sülh sazişi imzalandıqdan sonra institusional baxımdan münaqişənin başa çatdığını hesab etmək və vasitəçilik formatına ehtiyacın olmadığını qeyd etmək mümkün olacaq" o vurğulayıb.

tag: Azərbaycan ,Ermənistan,ATƏT,Sülh,Todaypress.az,