Mirzoyan Qazaxıstana rəsmi səfər edəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 27-də Qazaxıstana rəsmi səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Mirzoyanın Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşü nəzərdə tutulub.
Bildirilib ki, tərəflər iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə edəcəklər.
Qiymət Mahir
tag: Ararat Mirzoyan,Ermənistan,Qazaxıstan,Səfər,Todaypress.az,