Mirzoyan: “Ermənistanın Aİ-yə daxil olması ilə bağlı konkret tarix yoxdur”

Qərbi Azərbaycan

21.01.2025 15:55

"Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı qanun layihəsində nə müddətlər, nə də mexanizmlər var".

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların yekununda bildirib. 

“Bu, vətəndaş cəmiyyətinin təşəbbüsüdür. Təşkilatlar Ermənistan Konstitusiyasında nəzərdə tutulduğu kimi 50 min səs topladılar və indi bu təşəbbüs avtomatik olaraq qanun layihəsinə çevrilib, parlamentdə səsə qoyulacaq. Hökumət bu qanun layihəsini təsdiqləyib”deyə o, vurğulayıb.  

Qeyd edək ki, bundan öncə  Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ittifaqa daxil olmaq qərarı yalnız ümumxalq referendumunun nəticələrinə əsasən verilə bilər. 

Günəş Mərd 

tag: Mirzoyan,Ermənistan,Avropa İttifaqı,Səsvermə,Todaypress.az,