Mirzoyan: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş var
Qərbi Azərbaycan
09.12.2024 20:56
Ermənistanın xarici
işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası
prosesində irəliləyiş olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə o, Finlandiyanın
“Lännen Media” informasiya agentliyinə müsahibəsində deyib.
A.Mirzoyan bunu münasibətlərin normallaşması prosesində
müsbət xəbər kimi qiymətləndirib.
“Sərhəd var və biz onun harada olduğunu bilirik. Bu,
1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilir. Təbii, iki ölkənin
komissiyaları gələcək delimitasiya və dəqiq demarkasiya üzərində birgə
işləməlidir, sərhədin demarkasiyası gələcək sabitliyin təminatıdır”.
Kommunikasiyaların açılması məsələsinə toxunan Mirzoyan
qeyd edib ki, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olacaq
qərarlara gələ bilərlər:
“Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və
əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə
bilərik. Birinci mərhələdə dəmir yolu tranzitini bərpa edə və onu tədricən
genişləndirə bilərik”.
tag: Ermənistan, Azərbaycan, Mirzoyan, Sülh, Alma-Ata , todaypress.az,