Mirzoyan: “Aİ ilə əməkdaşlığı dərinləşdiririk”
Qərbi Azərbaycan
24.09.2024 14:42
Sentyabrın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Litvanın xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
"Ermənistan Respublikası demokratik islahatlarını davam etdirir, biz Avropa İttifaqı ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal şəkildə dərinləşdiririk və Litvanın bu yolda səmimi dəstəyini yüksək qiymətləndiririk" deyə XİN rəhbəri vurğulayıb.
Regional hadisələr kontekstində Cənubi Qafqazda baş verən proseslərin tendensiyaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Töhfə Səməd
tag: Mirzoyan ,Ermənistan ,BMT ,Litva ,Əməkdaşlıq ,todaypress.az,