Lavrov Paşinyanı sabotajda ittiham etdi
Qərbi Azərbaycan
19.08.2024 18:53
"Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir".
TodayPress xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın "Birinci Kanalı"na açıqlamasında deyib.
“Təəssüf ki,
Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyalara gəlincə, altında baş
nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan
rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir.
Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə
qoyulan təməl tam şəkildə aktual olaraq qalır” Lavrov deyib.
tag: Lavrov,Paşinyan,Zəngəzur,Ermənistan,Azərbaycan,todaypress.az,