KİV: İrəvanda nəqliyyat iflic vəziyyətədir
Qərbi Azərbaycan
04.12.2024 00:02
Ermənistanın paytaxtı İrəvanda nəqliyyat
iflic olub.
Bu barədə TodayPress erməni KİV-ə
istinadən xəbər verir.
Qeyd edilir ki, özəl marşrutlar işləyir, sürücülər bu gün
tətilə başlayıblar. Çoxlu sayda sərnişin birtəhər evlərinə qayıtmağa çalışıb.
Hazırda taksi xidmətlərinin qiymətləri də yüksəkdir, bəzi
vətəndaşların ondan istifadə etmək imkanı yoxdur.
Avtobus sürücüləri səhər saatlarından marşrutdan çıxmadan
aksiya keçiriblər. Onlar əmək haqqının artırılmasını tələb edirlər. Artıq 40
sürücü işdən çıxarılıb.
tag: Ermənistan, İrəvan, Nəqliyyat, Taksi,İflic, Sürücü, todaypress.az,