Kanevski İrəvanda saxlanıldı
İrəvanda "kriminal avtoritet" Artyom Arutyunov (daha çox "Artyom Kanevski" kimi tanınır) saxlanılıb.
TodayPress xəbər verir ki, Baş Kriminal Polis İdarəsinin əməkdaşları Ermənistan paytaxtının küçələrindən birində Arutyunov da daxil olmaqla 5 nəfəri yaxalayıb.
Qeyd edək ki, Arutyunovun saxlanılması ilk hal deyil. Əvvəllərdə təhlükəsizlik qüvvələri “kriminal avtoritet”i dəfələrlə nəzarətə götürüb.
tag: İrəvan,"Kriminal Avtoritet" ,Polis, Ermənistan, todaypress.az,