İrəvanda "qanuni oğru" saxlanıldı

Qərbi Azərbaycan

30.04.2025 02:45

6

Ermənistanın paytaxtı İrəvanda “qanuni oğru” Gevork Oşakanski (Gevork Melikyan) da daxil olmaqla 4 nəfər saxlanılıb.

TodayPress xəbər verir ki, Zvartnots hava limanının polis əməkdaşları “Range Rover” markalı avtomobili saxlayıblar.

Məlum olub ki, avtomobilin sürücüsü polis əməkdaşlarına saxta xüsusi buraxılış vərəqəsi göstərib.

Maşında sürücüdən başqa daha üç nəfər olub, onlardan biri Gevork Oşakanskidir.

Daxili İşlər Nazirliyi də 4 nəfərin saxlanılmasını təsdiqləyib.

Qeyd olunub ki, qayda pozuntularından əlavə, avtomobildən 7 ədəd psixotrop tablet aşkar edilib.

tag: İrəvan, Həbs, Ermnistan, Qanuni Oğru, todaypress.az,