İrəvanda Paşinyanın mətbuat katibinin mənzili qarət edildi

Qərbi Azərbaycan

26.02.2025 17:14

1971

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın mənzili qarət edilib.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib. Mənzildən külli miqdarda pul oğurlanıb.

Nəşrin məlumatına görə, ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları soyğunda iştirak etdikləri iddia olunan bir qrup şəxsi saxlayıblar.

Qeyd edilib ki, saxlanılan şəxslər paytaxt və regionlarda digər məmurların da evlərini qarət ediblər.

tag: Ermənistan,Nikol Paşinyan,Nazeli Baqdasaryan,Hadisə,todaypress.az,