İrəvanda kütləvi boykot çağırışı

Qərbi Azərbaycan

03.02.2025 13:34

“İctimai nəqliyyatda gediş haqqının artırılmasına qarşı ümumi boykot şəhər hakimiyyətini qərarını yenidən nəzərdən keçirməyə məcbur edəcək”.  

TodayPress xəbər verir ki, bu fikri fevralın 3-də “Ana Ermənistan” hərəkatının rəhbəri Andranik Tevanyan jurnalistlərə açıqlamasında səsləndirib. 

“Vətəndaşların böyük əksəriyyəti nəqliyyatda gediş haqqının artırılmasını boykot edir. Avtobuslara mindikdə bir çox insanın ödəniş etmədiyini görürük” deyə Tevanyan bildirib.

O vurğulayıb ki, vətəndaşların tələbi tamamilə legitimdir, çünki gedişhaqqının artırılmasına qarşı keçirilən imza kampaniyasında on minlərlə insan iştirak edib. 

“Məsələ hələlik İrəvan Şəhər Ağsaqqallar Şurasının gündəliyinə daxil edilməyib. Lakin gec-tez baş verəcək, çünki qanunun tələbi belədir. O vaxta qədər boykot və ödənişdən imtina legitim hesab olunur. Əgər şəhər hakimiyyəti vətəndaşların imzaladığı layihəni qəbul etməsə, mübarizəni davam etdirəcəyik” deyə o əlavə edib. 

Qiymət Mahir

tag: Nəqliyyat,Ermənistan,Boykot,Andranik Tevanyan,Todaypress.az,