İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir

Qərbi Azərbaycan

13.01.2025 14:05

İrəvanda hökumət binası qarşısında vergilərin artırılması qərarına qarşı qızıl bazarının bir qrup əməkdaşı etiraz aksiyası keçirilir.

TodayPress xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. 

Onlar dövriyyə vergisinin ikiqat artırılmasından şikayətlənir, Dövlət Sərhəd Xidmətinin tələb etdiyi sənəd dövriyyəsinin necə təmin olunacağını izah etməyi tələb edirlər. 

Aksiya iştirakçıları Vergi Məcəlləsinə edilən dəyişikliklərin ləğv edilməsini tələb edirlər. 

Qeyd edək ki, qanunda edilən daha bir dəyişikliyə görə, satış vergisi ilə işləyən bir sıra sektorlar əlavə dəyər vergisi sisteminə keçir. Ermənistan hökuməti bildirib ki, onların məqsədi güzəştli dövriyyə vergisindən mərhələ-mərhələ imtina etmək və bütün sektorları vahid ƏDV sisteminə daxil etməkdir.

Töhfə Səməd

tag: İrəvan,Hökumət,Etiraz,Aksiya,Qanun,todaypress.az,