İrəvanda etirazçılar özlərini zəncirlə bağlayıb

Qərbi Azərbaycan

03.06.2024 13:43

İrəvanda XİN-in qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılanların azadlığa buraxılmasını tələb edən “Vətən naminə Tavuş” hərəkatının üzvləri Ermənistan İstintaq Komitəsinin qarşısına toplaşıb.

TodayPress-in xəbərinə görə, burada onları polis əməkdaşlarından ibarət canlı sədd qarşılayıb.

Etirazçılar polis rəisi Aram Ovanisyanla görüşməyi tələb edib.

Daha sonra etirazçılar özlərini bir-birinə zəncirləyib. Aksiya iştirakçıları səlahiyyətli şəxslər onları qəbul etməyincə ərazidən getməyəcəklərini açıqlayıb.

tag: Ermənistan , İrəvan , Aksiya ,XİN , todaypress.az,