İrəvan KTMT-dən uzaqlaşmasının səbəbini açıqladı

Qərbi Azərbaycan

18.09.2024 12:58

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın suverenliyini təhdid etdi, buna görə də İrəvan bu strukturda iştirakını dondurdu”. 

TodayPress xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır.

Eyni zamanda, N.Paşinyan qeyd edib ki, ölkə nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil.

Töhfə Səməd

tag: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ermənistan, Paşinyan ,Rusiya ,Avrasiya, İrəvan ,todaypress.az,