İrəvan hökumətinin iclası təxirə salındı

Qərbi Azərbaycan

13.06.2024 11:13

Ermənistan hökumətinin iyunun 13-ə planlaşdırılan ənənəvi iclası təxirə salınıb. 

TodayPress xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, iclas sabah keçiriləcək. 

Qeyd olunub ki, keşiş Baqratın başçılığı altında yürüşün iyunun 13-də hökumətin binası qarşısında keçiriləcəyi nəzərdə tutulub.  

Həmin ərazidə polis əməkdaşlarının sayının artacağı gözlənilir.

tag: İrəvan, Hökumət, Baqrat, İclas, Nazirlər Kabineti, todaypress.az,